#gundem #xeber #azertac
AZƏRTAC-104: 5 qitəyə yayılan dəqiq və operativ informasiya mənbəyi
Bu gün mətbuat tariximizdə özünəməxsus yerə sahib, mürəkkəb və şərəfli bir yol keçən Azərbaycanın ilk milli xəbər agentliyinin 104 yaşı tamam olur. 1920-ci il martın 1-də Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən əsası qoyulan AZƏRTAC Azərbaycanın ilk, dünyanın isə qocaman agentliklərindən biridir. AZƏRTAC imzası ilə ilk xəbərlər martın 2-də "Azərbaycan” qəzetində dərc olunub. Azərbaycanın tarixi salnaməsini yaradan agentliyin 70 ildə 7 dəfə adı dəyişsə də, informasiya məkanındakı birinciliyini və nüfuzunu daim qoruyub saxlaya bilib.
Copyright ©
-------------------
/ azertag
/ azertac
/ azertac
https://t.me/azertacnews
https://azertag.az/